Yuxarı

Ukrayna Hava Yolları Azərbaycanda uçuşlara xüsusi kampaniya təklif edib

Biletlər oktyabrın 3-dən 16-a qədər ancaq onlayn şəkildə alınmalıdır

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Ukrayna Beynəlxalq Hava Yolları” (UIA) QSC müxtəlif ölkələrin 32 şəhərinə Bakıdan və əks istiqamətə olan uçuşlarına 10%-lik endirim elan edib.

Şirkətdən “Report”a verilən məlumata görə, biletlər oktyabrın 3-dən 16-dək ancaq onlayn şəkildə alınmalıdır.

Məlumatda deyilir ki, uçuşlar bu ilin noyabrın 1-i və 2017-ci ilin yanvarın 3-ü arasını əhatə etməlidir. Azərbaycandan uçuşlar bu il dekabrın 21-dən gələn il yanvarın 3-ü, Azərbaycana uçuşlar isə gələn il yanvarın 1-15 tarixlərini əhatə etməlidir.

UIA-nın açıqlamasında deyilir ki, bu kampaniya Bakı-Kiyev reysinə tətbiq olunmur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi