Yuxarı

​Ukrayna əhalisinə kreditləri köhnə məzənnə ilə ödəmək icazəsi verilib

Mərkəzi Bank yeni qanunun maliyyə sisteminə dağıdıcı zərbə vuracağını düşünür

Bakı. 3 iyul. REPORT.AZ/ Ukrayna parlamenti xarici valyutada olan istehlak kreditlərinin restrukturizasıyası barədə qanun qəbul edib. Qanuna əsasən, xarici valyutada olan istehlak kreditləri, kredit anlaşmasının imzalandığı gün mövcud valyuta məzənnəsi ilə ödəniləcək.

"Report" xəbər verir ki, yeni qanunla həmçinin, borclunun girovda olan əmlakı iki il ərzində müsadirə edilə bilməz. Ən əsası isə borcun 85%-nin silinməsi imkanı yaranacaq. Belə ki, qanun qüvvəyə mindiyi günə qədər aparılan kredit ödənişləri əsas borcun 15%-dən artıqdırsa, silinmə mümkün olacaq.

Ukrayna Milli Bankı (UMB) isə qanunun geri çəkilməsini tələb edib. Bank rəhbərliyi hesab edir ki, xarici valyutada olan kreditlərin restrukturizasiyası haqqında qanunun qəbulu bank sektoruna və ümumiyyətlə maliyyə sisteminə "dağıdıcı" zərbə vuracaq. UMB-nin hesablamalarına görə, əgər məzənnə kredit alındığı gün mövcud rəqəmlərlə hesablanarsa bank sektoru 100 mlrd. qrivna (4,8 mlrd. dollar) itki ilə üzləşəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi