"UBS Global" rəsmisi: "Qlobal iqtisadiyyat gələn ilin II yarısından sürətlə böyüyəcək"

"UBS Global" rəsmisi: "Qlobal iqtisadiyyat gələn ilin II yarısından sürətlə böyüyəcək" Gələn ilin II yarısından, xüsusilə də IV rübündən qlobal iqtisadiyyat sürətlə böyüyəcək.
Maliyyə
6 Dekabr , 2019 18:15
UBS Global rəsmisi: Qlobal iqtisadiyyat gələn ilin II yarısından sürətlə böyüyəcək

Gələn ilin II yarısından, xüsusilə də IV rübündən qlobal iqtisadiyyat sürətlə böyüyəcək. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu proqnozla İsveçrənin "UBS Global" investisiya bankının Asiya-Sakit Okean bölməsinin rəhbəri Adrian Zuerçer çıxış edib. 

Onun fikrincə, buna ABŞ-Çin ticarət müharibəsinin zəifləməsi, mərkəzi bankların yürütdüyü yumşaq pul siyasəti imkan verəcək. 

"İki ölkə arasında ticarət razılaşması əldə edilsə və ABŞ Çin mallarına gömrük rüsumlarını dekabrın 15-dən ləğv etsə, qlobal iqtisadiyyat yavaş-yavaş bərpa olunmağa başlayacaq", - deyə UBS rəsmisi qeyd edib. 

Son xəbərlər

Orphus sistemi