Yuxarı
    Bağlamaq

    Türkiyənin xarici ticarət balansı kəsiri ötən il 77 mlrd. dollara çatıb

    Lirənin ucuzlaşması qaçılmazdır

    Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyənin xarici ticarət kəsiri dekabr ayında 9,57 mlrd. dollar təşkil edib. 

    "Report" Türkiyə Gömrük və Ticarət Nazirliyinin məlumatına istinadən xəbər verir ki, dekabr ayında ixrac illik müqayisədə 8,6% artaraq 13,9 mlrd. dollar, idxal isə 27,7% artaraq 23,5 mlrd. dollar təşkil edib. Beləliklə dekabr ayında xarici ticarət kəsiri illik müqayisədə 71,4% artım göstərib.

    Məlumatda həmçinin bildirilib ki, xarici ticarət kəsiri 2017-ci ildə 2016-cı illə müqayisədə 37,5% artaraq 77,1 mlrd. dollara bərabər olub.

    "Report"un analitik qrupu bildirir ki, xarici ticarət balansında kəsirin artması Türkiyədə lirənin ucuzlaşmasına gətirib çıxaracaq. Lirənin ucuzlaşması əsasən qlobal böhran hallarında daha da kəskinləşəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi