Yuxarı

Türkiyənin ən iri banklarından birinin lisenziyası ləğv edilib

Fəthullah Gülənə yaxın sayılan bankın fəaliyyətində şəffaf olmadığı bildirilir

Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyənin ən iri banklarından biri olan "Bank Asya"nın ("Asiya Katılım Bankası AŞ") lisenziyası ləğv edilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Bankların Fəaliyyətini Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) bununla bağlı qərarı "Resmi Gazete"də dərc olunub.

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhd göstərən Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin "Hizmet" hərəkatına yaxın sayılan "Bank Asya"nın fəaliyyətində şəffaf olmadığı bildirilir. Sözügedən maliyyə strukturu 1996-cı ildə təsis olunub və ölkə boyunca 180-dən artıq filiala malik idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi