Yuxarı

Türkiyənin "Deniz Bank"ı 5,5 mlrd. dollara satılacaq

Türkiyənin "Deniz Bank"ı 5,5 mlrd. dollara satılacaq

Bakı. 26 mart. REPORT.AZ/ Rusiyanın "Sberbank"ı Türkiyədəki törəməsi olan "Deniz Bank"ı 5,5 mlrd. ABŞ dollarına satmağa hazırlaşır. 

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir. 

Xatırladaq ki, ötən həftə "Reuters" agentliyi "Deniz Bank"ın 5,3 mlrd. dollara satılacağını yazıb. Başqa sözlə, bankın dəyəri 200 mln. dollar artıb. 

Alqı-satqı prosesinin bu ilin III rübündə başa çatdırılacağı gözlənilir. Alıcı tərəf Dubayın (BƏƏ) "Emirates NBD" bankıdır. 

Xatırladaq ki, "Sberbank" Deniz Bank"ın səhmlərinin 99,85%-ni 2012-ci ildə Belçikanın "Dexia" şirkətlər qrupundan 3,5 mlrd. dollara alıb. "Sberbank"ın rəhbəri German Qref bir qədər əvvəl bəyan edib ki, qlobal maliyyə bazarlarında rəqabətin gücləndiyindən və sanksiyalar səbəbindən "Deniz Bank"ı satmaq barədə düşünürlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi