Türkiyənin "BIST-100" indeksi tarixi rekord həddə çatıb

Türkiyənin "BIST-100" indeksi tarixi rekord həddə çatıb Bu ilin ilk rübündə Türkiyə iqtisadiyyatı 5% artıb
Maliyyə
13 İyun , 2017 13:44
Türkiyənin BIST-100 indeksi tarixi rekord həddə çatıb

Bakı. 13 iyun. REPORT.AZ/ İstanbul Fond Birjasının (Borsa İstanbul) əsas indeks göstəricisi olan "BIST-100" tarixi rekord səviyyə - 100 000 bəndə yaxınlaşıb. "Report" xəbər verir ki, indeks 99 969,35 bənd səviyyəsinə çatsa da, kritik həddi keçə bilməyib və 99 000 səviyyəsinə geri dönüb.

"Report"un analitik qrupu bildirir ki, İstanbul birjasındakı indekslərin artmasına səbəb dünən ölkənin Statistika İdarəsi tərəfindən açıqlanan ilk rübün iqtisadi artım göstəricisi olub. Belə ki, I rübdə Türkiyədə ÜDM ortalama 3,5% olan artım proqnozunu xeyli üstələyib və faktiki olaraq 5% yüksəlib. ABŞ dollarının qlobal valyuta bazarında ucuzlaşması ilə Türkiyədə də geriləyən məzənnə iqtisadi aktivliyi artırıb.

Son xəbərlər

Orphus sistemi