Yuxarı
    Bağlamaq

    Türkiyədə problemli krediti olanların sayı 25 mln. nəfərə çatıb

    Problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 3,1% təşkil edib

    Bakı. 1 fevral. REPORT.AZ/ Türkiyədə problemli kredit və ya kredit kartı sahiblərinin ümumi sayı 25 mln. nəfərə çatıb. Bunlardan 2,67 mln. nəfəri artıq məhkəməyə verilib və işi icra nümayəndələrinə tapşırılıb. Borcların geri alınması ilə məşğul olan "Varlıq menecmenti" adlanan xüsusi şirkətlər onlar tərəfindən alınan, ancaq geri qaytarıla bilməyən borc miqdarının 23,2 mlrd. lirə (7,8 mlrd. dollar) olduğunu bildiriblər.

    Qeyd edək ki, banklarda problemli kreditlərin həcmi 2015-ci ilin yekununda 47 mlrd. lirə və ya 15,8 mlrd. dollara yüksəlib. İl əzzində problemli kreditlərdə artım 13 mlrd. lirə (4,38 mlrd. dollar) və ya 38% olub. Problemli kreditlərin məcmu kredit portfelinin strukturunda xüsusi çəkisi 3,1% təşkil edib.

    "Varlıq menecmenti" şirkətləri dərnəyinin sədri Hasan Tengiz bildirib ki, borcunu ödəməyən insanların sayı 4 mln. nəfərə çatıb. Bunların 2 mln. nəfəri bank sektorunda, qalan 2 mln. nəfəri isə bizim sistemimizdə qeydiyyatdadır. O, ümumiyyətlə problemli kreditlərlə batmış kreditlərin cəminin 70,2 mlrd. lirə və ya 23,6 mlrd. dollara çatdığını vurğulayıb. 

    "Kredit borcunu ödəməyən insandan borcu almaq müddəti 5-7 ilə yüksəlib", - deyə H.Tengiz qeyd edib. O, həmçinin bildirib ki, bank sektoru son illərdə problemli kreditlərin 31%-ni öz kapitalı hesabına təmin edib.

    Qeyd edək ki, Azərbaycan bank sektorunda vaxtı keçmiş kreditlərin həcmi 2015-ci il dekabrın 1-nə 1 229,6 mln. manat təşkil edib və məcmu kreditlərdə xüsusi çəkisi 6,6% olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi