Türkiyədə kredit faizləri son 6 ilin maksimal həddinə çatıb

Türkiyədə kredit faizləri son 6 ilin maksimal həddinə çatıb Bakı. 27 dekabr. REPORT.AZ/ Bu il dekabrın 15-nə Türkiyədə istehlak kreditlərinin orta illik faiz dərəcəsi 17,9% təşkil edib. 
Maliyyə
27 Dekabr , 2017 19:00
Türkiyədə kredit faizləri son 6 ilin maksimal həddinə çatıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu il dekabrın 15-nə Türkiyədə istehlak kreditlərinin orta illik faiz dərəcəsi 17,9% təşkil edib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Mərkəzi Bankı (TCMB) məlumat yayıb.

Məlumata görə, bu, son 6 ilin maksimal həddidir. Faizlərin artmasına səbəb kimi ABŞ dollarının bahalaşmasına qarşı tədbirlər çərçivəsində TCMB-nin sərt monetar siyasətə keçməsi göstərilir. Belə ki, gec likvidlik pəncərəsi faizinin 0,5 faiz bəndi artırılması kredit faizlərinin 3,5% bəndi artmasına gətirib-çıxarıb. Nəticədə nağd pul kreditlər illik 20%-ə, avtomobil kreditləri illik 15,2%-ə, ipoteka kreditləri isə illik 13,6%-ə qədər bahalaşıb. 

Xatırladaq ki, Türkiyədə hazırda dolların məzənnəsi 3,82 lirə təşkil edir. 

Son xəbərlər

Orphus sistemi