Türkiyədə dollarlaşma güclənir

Türkiyədə dollarlaşma güclənir Əhalinin dollar depozitləri 165 mlrd. dollara çatıb
Maliyyə
9 İyun , 2017 17:34
Türkiyədə dollarlaşma güclənir

Bakı. 9 iyun. REPORT.AZ/ Xarici investorların türk lirəsinin məzənnəsinə müsbət yanaşsa da, Türkiyə vətəndaşlarının ölkənin milli valyutasına inamı azalır. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Türkiyədə rezidentlər 26 may - 2 iyun tarixlərində dollar depozitlərinin həcmini 2,5 mlrd. və yaxud 1,54% artıraraq 164,8 mlrd. dollara çatdırıblar. 

Bu da tarixi rekord səviyyəyə yaxın göstərici sayılır. Türkiyə bankları lirə ilə yerləşdirilən depozitlərə illik 15%-ə yaxın divident vəd etsələr də, ölkədə dollarlaşma güclənir. 

Son xəbərlər

Orphus sistemi