Türkiyədə dolların məzənnəsi 3,70 lirəni keçib

Türkiyədə dolların məzənnəsi 3,70 lirəni keçib Bu il ərzində məzənnənin 4,00 TRY/USD səviyyəsini keçəcəyi gözlənilir
Maliyyə
9 Yanvar , 2017 13:33
Türkiyədə dolların məzənnəsi 3,70 lirəni keçib

Bakı. 9 yanvar. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi bu dəqiqələrdə 3,70 lirə səviyyəsini ötüb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb Türkiyədə sənaye istehsalı göstəricisinin ötən ilin noyabr ayında oktyabrla müqayisədə dəyişməməsi, illik müqayisədə isə 2,7% artım göstərməsi olub. Belə ki, iqtisadçılar illik müqayisədə sənaye istehsalının 3,6% artmasını proqnozlaşdırmışdılar. Nəticədə, Türkiyənin valyuta bazarında məzənnə 3,7071 TRY/USD səviyyəsinə çatıb. Bununla da dolların məzənnəsi bu gün, yanvarın 9-da 1,6% möhkəmlənib.

"Report"un analitik qrupu Türkiyədə dolların məzənnəsinin 2017-ci ilin ilk rübündə 3,90 TRY/USD səviyyəsinə yaxınlaşacağını, 2017-ci il ərzində isə 4,00 TRY/USD-ni keçəcəyini proqnozlaşdırır. İnkişaf etməkdə olan ölkələrin valyutalarının ucuzlaşması əsasən yanvarın 20-də ABŞ-da keçiriləcək prezidentin inauqurasiya mərasimindən sonra baş verəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi