Türkiyədə dollar 3,50 lirədən aşağı düşüb

Türkiyədə dollar 3,50 lirədən aşağı düşüb 2018-2020-ci illərdə Türkiyədə dolların bahalaşması prosesi davam edəcək
Maliyyə
5 İyun , 2017 11:55
Türkiyədə dollar 3,50 lirədən aşağı düşüb

Bakı. 5 iyun. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi son 6 ayın, daha dəqiq - ötən ilin dekabrın 23-dən etibarən ilk dəfə 3,50 lirədən aşağı düşüb. "Report" xəbər verir ki, dolların məzənnəsinin düşməsinə səbəb qlobal valyuta bazarında ABŞ iqtisadiyyatından gələn zəif göstəricilər nəticəsində dolların ucuzlaşması ilə yanaşı daxili amillər göstərilir. Belə ki, Türkiyədə turizm mövsümünün açılması və Rusiya turistlərinin ötən ilki sanksiyalardan sonra yenidən ölkəyə axın etməsi külli miqdarda xarici valyuta girişini təmin edəcək. Müvəqqəti olaraq siyasi və iqtisadi sabitliyin bərpa olunması, dünya iqtisadiyyatı və maliyyə bazarlarında müsbət tendensiyanın yaranması da dolların ucuzlaşmasını sürətləndirir.

Lakin "Report"un analitik qrupu hesab edir ki, investorlar bu gözləntiləri uzun zamandır nəzərə alıb və məhz bu səbəbdən dollar/lirə məzənnəsi yanvar ayının 11-də çatdığı 3,94 TRY/USD maksimal səviyyəsindən 11%-dən çox geriləyib. Analitik qrup məzənnənin 3,45 TRY/USD səviyyəsindən aşağı geriləyəcəyini proqnozlaşdırmır. Bu ay məzənnənin 3,45-3,60 TRY/USD olacağı, cari ilin sonuna isə 3,70-3,75 TRY/USD-yə çatacağı ehtimal edilir. Lakin 2018-2020-ci illərdə Türkiyədə dolların bahalaşması prosesi davam edəcək.

Son xəbərlər

Orphus sistemi