Yuxarı
    Bağlamaq

    Türkiyədə 1 milyon sürücünün icbari avtosığortaya artıq haqq ödədiyi üzə çıxıb

    Sığorta şirkətlərinə ödənilən əlavə məbləğ adambaşına orta hesabla 54 manat təşkil edib

    Bakı. 11 iyul. REPORT.AZ / 2014-cü ilin iyun ayından 2015-ci ilin sentyabr ayına qədərki 15 ay ərzində Türkiyədə təxminən 1 milyon sürücüdən avtomobillərin icbari sığortasına görə lazım olandan artıq sığorta haqqı alınıb. 

    "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, sığorta şirkətlərinə ödənilən əlavə məbləğ adambaşına orta hesabla 100 lirə (təxminən 54 manat) təşkil edib.

    Avtomobil sahiblərinin əlavə xərcə düşməsi onların qəzasız keçirdikləri illərə görə güzəştlərdən istifadə edə (Bonus-Malus sistemindən faylalana) bilməməsi ilə bağlıdır. Məsələ ondadır ki, sığorta şirkətləri avtomobilini satmış və bununla da bir müddət sığorta şirkətlərinə işi düşməmiş sürücüləri yeni müştəri kimi qeydə alıblar. Son nəticədə həmin sürücülərə sığorta haqqında güzəşt edilməyib. Baxmayaraq ki, maşını satana qədər qəza törətməmiş sürücülərə icbari sığorta endirimlə satılmalı idi.

    Məsələ ictimailəşdikdən sonra sığorta şirkətlərinə artıq alınmış pulların müştərilərə geri qaytarılması barədə göstəriş verilib. Beləliklə, avqustun 1-dən başlayaraq 2 il ərzində sürücülər mülki məsuliyyətini sığortalamaq məqsədilə ödədikləri artıq məbləği sığortaçılardan ala biləcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi