Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,38 milyard ABŞ dolları, yaxud 1,5% azalaraq 91,03 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
4 İyun , 2020 16:43
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,38 milyard ABŞ dolları, yaxud 1,5% azalaraq 91,03 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 36,67 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 145 milyon ABŞ dolları, yaxud 0,4% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,24 milyard ABŞ dolları, yaxud 2,2% azalaraq 54,36 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi