Türkiyə Mərkəzi Bankının faizləri sabit saxlayacağı gözlənilir

Türkiyə Mərkəzi Bankının faizləri sabit saxlayacağı gözlənilir Dolların məzənnəsində önəmli dəyişiklik gözlənilmir
Maliyyə
14 İyun , 2017 15:19
Türkiyə Mərkəzi Bankının faizləri sabit saxlayacağı gözlənilir

Bakı. 14 iyun. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankının (TCMB) sabah, iyunun 15-də keçirəcəyi növbəti iclasında faizləri dəyişdirməyəcəyi ehtimal edilir. 

"Report"un analitik qrupu bildirir ki, belə bir proqnoz "Anadolu Agentliyi"nin (AA) 21 iqtisadçı arasında keçirdiyi sorğunun nəticələri əsasında tərtib edilib.

Sorğuda iştirak edən iqtisadçıların hamısı bir həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) borcvermə faizlərində dəyişiklik gözləmirlər. Qeyd edək ki, bundan əvvəlki iclasda TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağ və yuxarı hədlərini 7,25% və 9,25% səviyyəsində sabit saxlayıb, GLP-ni isə 11,75%-dən 12,25%-ə yüksəldib.

"Report"un analitik qrupu TCMB iclasının nəticələrinin ölkədə dolların məzənnəsinə təsir göstərməyəcəyini bildirir. Yay aylarında dolların məzənnəsinin 3,45-3,65 TRY/USD diapazonunda dalğalanacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi