Türkiyə ABŞ istehsalı olan bir qrup məhsulun gömrük rüsumunu azaldıb

Türkiyə ABŞ istehsalı olan bir qrup məhsulun gömrük rüsumunu azaldıb Türkiyə hökuməti ABŞ istehsalı olan 22 məhsulun gömrük rüsumunu yarıya qədər endirməyə qərar verib.
Maliyyə
22 May , 2019 09:46
Türkiyə ABŞ istehsalı olan bir qrup məhsulun gömrük rüsumunu azaldıb

Türkiyə hökuməti ABŞ istehsalı olan 22 məhsulun gömrük rüsumunu yarıya qədər endirməyə qərar verib.

“Report” Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı qərar ABŞ-ın keçən həftə Türkiyədən polad və alüminium məhsullarına tətbiq etdiyi 50 və 20% əlavə vergini yarıya endirməsindən sonra qəbul olunub. 

Gömrük rüsumu azaldılmış məhsulların arasında sərt qabıqlı, təzə və ya qurudulmuş, qabığı çıxarılmış və yaxud soyulmuş meyvələr, düyü, alkoqol dərəcəsi 80%-dən yüksək olan məhsullar, likorlar və alkoqollu içkilər, tütün yarpağı və tütünlər, daş kömür var. 

Son xəbərlər

Orphus sistemi