Yuxarı

Türk Şurası üzvlərinin gömrük hüquqpozmalarına qarşı mübarizədə əməkdaşlığına dair sənəd təsdiqlənib

Türk Şurası üzvlərinin gömrük hüquqpozmalarına qarşı mübarizədə əməkdaşlığına dair sənəd təsdiqlənib

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, fərmanla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair 2019-cu il martın 11-də Astana şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Bu fərmanın birinci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə bildiriş göndərmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi