"Turanbank"ın səhmdarlarının yığıncağı keçiriləcək

"Turanbank"ın səhmdarlarının yığıncağı keçiriləcək Yığıncağın gündəliyi açıqlanmayıb
Maliyyə
20 May , 2017 16:29
Turanbankın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 20 may. REPORT.AZ/ İyunun 23-də, saat 15:00-da "Turanbank" ASC-nin səhmdarlarının yığıncağı keçiriləcək.

Bu barədə "Report" Banka istinadən xəbər verir. 

Məlumata görə, yığıncaq "Turanbank"ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 86 ünvanında olacaq. Yığıncağın gündəliyi açıqlanmayıb. 

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.  

Son xəbərlər

Orphus sistemi