"Turanbank" birinci yarımildə mənfəətlə işləyib

"Turanbank" birinci yarımildə mənfəətlə işləyib Bakı. 16 iyul. REPORT.AZ/ “Turanbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 5,5% azalaraq bu il iyulun 1-nə 492 741 min manat təşkil edib.
Maliyyə
16 İyul , 2018 14:03
Turanbank birinci yarımildə mənfəətlə işləyib

Bakı. 16 iyul. REPORT.AZ/ “Turanbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 5,5% azalaraq bu il iyulun 1-nə 492 741 min manat təşkil edib.

“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə "Turanbank"ln kredit portfeli 3,9% azalaraq 273 214 min manat olub.

Son 1 ildə Bankın cəmi öhdəlikləri 6,3% azalaraq 433 243 min manat, o cümlədən depozit portfeli 13,0% azalaraq 226 909 min manat olub. Martın sonuna "Turanbank"ın nizamnamə kapitalı 55 003 min manat, cəmi kapitalı isə 59 498 min manat təşkil edib.

"Turanbank" 2018-ci ilin yanvar-iyun aylarında 205 min manat mənfəət əldə edib. I yarımildə Bankın faiz gəlirləri 15 009 min manat, faiz xərcləri 10 500 min manat, qeyri-faiz gəlirləri 1 716 min manat, qeyri-faiz xərcləri isə 5 580 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi