Yuxarı
    Bağlamaq

    ​"Turanbank" 2016-cı ilin 1-ci yarısını zərərlə başa vurub

    Bu ilin 1-ci yarısının yekununa görə, bankın cəmi aktivləri 476,885 mln. manat təşkil edib

    Bakı. 18 iyul. REPORT.AZ/ Bu ilin 1-ci yarısının yekununa görə, "Turanbank" ASC-nin cəmi aktivləri 476,885 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,87% çoxdur.

    "Turanbank"ın aktivlərinin 88,66%-i və yaxud 422,821 mln. manatı onun cəmi öhdəliklərindən, 11,34%-i və yaxud 54,064 mln. manatı isə onun cəmi kapitalından ibarət olub.

    Son 1 ildə Bankın kredit portfeli 3,52% artaraq 268,819 mln. manata çatıb. Bunun 12,63 mln. manatı vaxtı keçmiş kreditlərdir. 2015-ci ilin eyni dövrünə nisbətən "Turanbank"ın problemli kreditləri 49,43% artıb. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı isə 3,25%-dən 4,7%-ə yüksəlib.

    Hesabat dövründə Bankın depozit portfeli isə 15,09% artaraq 179,727 mln. manata çatıb. Bunun 67,03%-i və yaxud 120,467 mln. manatı əhalinin əmanətləridir. Fiziki şəxslərə məxsus depozitlərin 95,96%-i və yaxud 115,598 mln. manatı xarici valyutada yerləşdirilib.

    6 ay ərzində "Turanbank"ın faiz gəlirləri 17,432 mln. manat, faiz xərcləri 12,886 mln. manat, qeyri-faiz gəlirləri 912 min manat, qeyri-faiz xərcləri 6,363 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 905 min manat olub.

    "Turanbank", həmçinin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 361 min manat yönəldib. Beləliklə, Bank bu ilin 1-ci yarısını 1,266 mln. manat zərərlə başa vurub.

    Xatırladaq ki, "Turanbank" 1992-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 50 002 466 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 082 manat olan 46 213 səhm əsasında formalaşıb. Bankın səhmlərinin 29,2%-i 6 hüquqi şəxsə, 70,8%-i isə 20 fiziki şəxsə məxsusdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi