Yuxarı

​"Turan Bank" yeni kredit kampaniyası keçirir

Endirim Daxili Qoşunların şəxsi heyəti üçün nəzərdə tutulub

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının şəxsi heyəti üçün martın 12-16-da mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edəcək.

"Report"un banka istinadən verdiyi xəbərə görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir. 

Qeyd edək ki, 12 mart Azərbaycanda Daxili Qoşunların yaranma günü kimi qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi