Yuxarı
    Bağlamaq

    ​"Turan Bank" xaricdən iki yeni kredit cəlb edib - YENİLƏNİB

    Kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə və mikromaliyyənin inkişafına yönəldiləcək kreditlərin ümumi həcmi 12 mln. dollardır

    Bakı. 29 dekabr. REPORT.AZ/ Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın "Turan Bank" ASC-yə mikro, kiçik və orta müəssisələrin (MKOM) kreditləşdirilməsini artırmaq məqsədilə 7 mln. ABŞ dolları həcmində kredit ayırıb.

    IFC-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, kredit bankın uzunmüddətli maliyyələşdirmə imkanlarını artıracaq və MKOM portfelinin artmasına kömək edəcək.

    Bundan başqa,"TuranBank" mikromaliyyə portfelinin genişləndirilməsi üçün "Sus Bee Finance" təşkilatından 5 mln. dollar həcmində kredit cəlb edib. Vəsait banka 3 il müddətinə ayrılıb.

    Qeyd edək ki, IFC "Turan Bank"la 2009-cu ildən əməkdaşlıq edir. Bu fəaliyyət korporativ idarəetmə proqramından başlayıb və kiçik və orta sahibkarlar üçün bankçılıq və risklərin idarə edilməsi üzrə məsləhət proqramları ilə davam etdirilib. IFC 2011-ci ildə Azərbaycanda kiçik sahibkarların kreditləşdirilməsinin artırılması məqsədilə banka 7 mln. dollar məbləğində kredit ayırıb.

    Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Ötən illər ərzində IFC maliyyə xidmətləri, infrastruktur və istehsal sektorunda 73 layihəyə 414 mln. dollar məbləğində vəsait yatırıb və digər kreditorlardan 73 mln. dollarlıq vəsait cəlb edib. Həmçinin IFC özəl sektorun inkişafına yönəlmiş məsləhət layihələrini həyata keçirib. 

    Qeyd edək ki, "Sus Bee Finance" Lüksemburqda yerləşir və "Frankfurt School Financial Services GmbH."nın idarəçiliyi ilə müxtəlif ölkələrdə mikromaliyyə fəaliyyətini dəstəkləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi