“Turan Bank” bu ilin I rübünü mənfəətlə başa vurub

“Turan Bank” bu ilin I rübünü mənfəətlə başa vurub “Turan Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 500,171 milyon manat təşkil edib.
Maliyyə
17 Aprel , 2019 11:49
“Turan Bank” bu ilin I rübünü mənfəətlə başa vurub

“Turan Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 500,171 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 1% çoxdur.

“Turan Bank”ın aktivlərinin 314,701 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 15,6% böyüyüb.

Hesabat dövründə “Turan Bank”ın cəmi öhdəlikləri 1,1% artaraq 441,006 milyon manat, o cümlədən depozit portfeli 4,9% artaraq 235,758 milyon manat, Bankın cəmi kapitalı isə 0,4% artaraq 59,165 milyon manat olub.

Bu ilin I rübündə “Turan Bank”ın faiz gəlirləri 7,986 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 10,3% çox), faiz xərcləri 5,406 milyon manat (5,6% çox), qeyri-faiz gəlirləri 664 min manat (18% az), qeyri-faiz xərcləri 3,687 milyon manat (22,7% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmalar üzrə qənaəti isə 553 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Son nəticədə Bank rübü 109 min manat mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 216 min manat zərərlə çıxmışdı. 

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,004 mln. manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur. 

İngilis versiyası Turan Bank ends Q1 on profit

Son xəbərlər

Orphus sistemi