Yuxarı
    Bağlamaq

    Trampın açıqlamaları qızılı ucuzlaşdırıb

    Dollar möhkəmlənib, səhmlərin qiyməti yüksəlib

    Bakı. 10 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp dünən, fevralın 9-da Ağ Evdə aviaşirkətlərin menecerləri il keçiridiyi görüşdə 2-3 həftə ərzində vergi islahatları ilə bağlı önəmli açıqlamalar verəcəyini bildirib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Trampın açıqlamasından sonra ABŞ fond birjalarında səhmlərin qiyməti yüksəlib, dollar möhkəmlənib, qlobal əmtəə bazarında qızıl isə ucuzlaşıb.

    D.Tramp çıxışında "Amerika biznesinin ümumi vergi yükünü azaltmaq çöx önəmlidir və bu istiqamətdə işlər qaydasında gedir. Müəyyən olunan təqvimdən irəlidəyik. Yaxın 2-3 həftə ərzində fövqəladə qərarlar açıqlayacağıq" deyib.

    Açıqlamadan sonra ABŞ-ın əsas fond indeksi olan "Dow-Jones" 20 206 bəndlə tarixi rekord səviyyəyə yüksəlib. USD/EUR cütlüyünün məzənnəsi 1,0650 səviyyəsinə geriləyib, qızlın qiyməti isə 1,6% azalaraq 1 225 dollar/unsiyaya düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi