Donald Tramp Meksika pesosunun devalvasiyasına səbəb olub

Donald Tramp Meksika pesosunun devalvasiyasına səbəb olub Onun prezident seçilməsi dünya bazarlarında ciddi narahatlığa səbəb ola bilər
Maliyyə
19 Sentyabr , 2016 17:51
Donald Tramp Meksika pesosunun devalvasiyasına səbəb olub

Bakı. 19 sentyabr. REPORT.AZ/ Meksika pesosu ötən həftənin sonu ABŞ dolları ilə müqayisədə bir qədər ucuzlaşaraq tarixi minimuma enib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, pesonun devalvasiyası bu gün də davam edib və hazırda USD/MXN məzənnəsi 19,78 səviyyəsinə qədər yüksəlib. 

Ucuzlaşmaya səbəb ABŞ prezidentliyinə namizəd Donald Trampa inamla bağlı əhali arasında keçirilən sorğudur. Belə ki, D.Tramp Meksikadan miqrasiyanın qəti əleyhdarıdır. Bu yaxınlarda Meksikalı həmkarı ilə görüşən Tramp iki ölkənin sərhəddində geniş divar səddinin çəkilməsi fikrini irəli sürüb. Onun reytinqinin artması isə pesoya mənfi təsir edir. Bundan başqa, pesonun məzənnəsinə ABŞ-ın  Federal  Ehtiyatlar Sisteminin sentyabrın 21-də keçirəcəyi iclasda verəcəyi qərar da təzyiq göstərməkdə davam edir.

Ümumiyyətlə, peso keçən il neft qiymətlərinin azalması fonunda 14%, bu il isə 10,5% devalvasiyaya uğrayıb. O, inkişaf etməkdə olan ölkələrin valyutaları arasında argentina pesosundan sonra ən zəif valyuta olub.

Xatırladaq ki, D.Tramp həmçinin Çin mallarına tətbiq olunan mallara gömrük rüsumunu 45% artıracağını bildirib. Onun prezident seçilməsi ilə dünya bazarlarında ciddi bir narahatlıq olacağı proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi