Yuxarı
    Bağlamaq

    "Texnikabank"ın əmanətçilərindən ərizələrin qəbuluna başlanılıb

    Ərizə formalarını əmanətçilər ƏSF-nin baş ofisi, Texnikabank və bank-agentlərin filiallarından, həmçinin onlayn əldə edə bilər

    Bakı. 12 fevral. REPORT.AZ/ "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün bank-agent olan “Muğanbank”, “Rabitəbank”, “Unibank” və “Kapital Bank” ASC seçilib.

    "Report"un Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) istinadən verdiyi xəbərə görə, “Texnikabank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna bu gündən etibarən agent bankların filiallarında başlanılıb.

    Ərizə formalarını qorunan əmanətçilər fevralın 12-dən etibarən ƏSF-nin Bakı şəhəri, Bül-Bül prospekti,40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Texnikabank”ın filialları, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.

    Qeyd edək ki, 2007-ci il iyulun 30-dan Fonda üzv olan “Texnikabank” ASC-də 2016-cı il fevralın 4-də sığorta hadisəsi baş verib.

    Sığorta hadisəsinə görə, Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi