​"Kapital Bank" təmassız ödəniş kartlarını təqdim edib

​"Kapital Bank" təmassız ödəniş kartlarını təqdim edib Bu kartlarla aparılan ödənişlər dərhal həyata keçir
Maliyyə
22 Aprel , 2016 09:59
​Kapital Bank təmassız ödəniş kartlarını təqdim edib

Bakı. 22 aprel. REPORT.AZ/ "Kapital Bank" ASC təmassız ödəniş kartlarını təqdim edib. Artıq Bankın müştəriləri "PayPass" təmassız texnologiyanı dəstəkləyən "MasterCard" beynəlxalq ödəniş sisteminə aid kartları əldə edə bilərlər.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "MasterCard Standard" və "MasterCard Platinum" əsasında olan kartlar vasitəsilə müştərilər 20 manata qədər olan ödənişlərini, kartı POS-terminala yaxınlaşdırıb bir toxunuşla edə bilərlər. Qeyd edək ki, bunun üçün PİN-kod tələb olunmur və ödənişlər dərhal həyata keçir. Əgər ödəniş 20 manatdan artıqdırsa, bu zaman PİN-kod tələb olunur və adi qaydada nağdsız ödəniş edilir.

"MasterCard" əsasında olan təmassız kartlar dünyanın əksər ölkələrində geniş istifadə olunur və müştərilərin vaxt itkisini aradan qaldırır. Üzərində xüsusi fərqlənmə nişanı olan təmassız kartları "Kapital Bank" filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. "Kapital Bank" Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Son xəbərlər

Orphus sistemi