Yuxarı

Təklif: ARDNF-in aktivlərinin 5%-i milli valyutaya yatırılmalıdır

Cavanşir Abdullayev: Bazar xarici investisiyalar üçün tam olaraq açılmalıdır

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 5%-nin milli valyutaya yatırılması tövsiyə olunur. Bu, Azərbaycan Banklar Assosiasiyasının manat likvidliyinin artırılması ilə bağlı hökumətə təqdim etdiyi təkliflər zərfində əks olunan tövsiyələrdən biridir.

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib.

"Manat likvidliyinin artırılması üçün bazar xarici investisiyaya tam olaraq açılmalıdır, investisiyalar təşviq olunmalıdır. Bu, bankların həm kapitallaşmasına dəstək verəcək, həm də əlavə likvid vəsaitlərin cəlb olunmasına gətirib çıxaracaq. Həmçinin, bank sektoruna inamın artırılmasına səbəb olacaq. Bazar xarici maliyyə institutları, banklar, institusional investorlar üçün açılmalıdır ki, gəlib bank sektorunun kapitalında iştirak etsinlər. Yəni, səhmdarlar gəlməlidir. Bu, likvidliyin və etibarın artmasının ən düzgün yollarından biridir", - deyə C.Abdullayev qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi