“TCF” ötən ili mənfəətlə başa vurub

“TCF” ötən ili mənfəətlə başa vurub Bakı. 7 iyun. REPORT.AZ/ “TCF” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 7,322 mln. manat təşkil edib.“Report”...
Maliyyə
7 İyun , 2017 10:18
“TCF” ötən ili mənfəətlə başa vurub

Bakı. 7 iyun. REPORT.AZ/ “TCF” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 7,322 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,8% azdır.

“TCF”in aktivlərinin 65,7%-ni və yaxud 4,808 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə BOKT-un kredit porfeli 8,8% böyüyüb.

2016-cı ildə “TCF”in cəmi öhdəlikləri 3,65% azalaraq 6,767 mln. manat, o cümlədən maliyyə sektoru qarşısında öhdəlikləri 16,7% azalaraq 5,835 mln. manat, cəmi kapitalı isə 53,7% artaraq 555 min manat olub.

Ötən il BOKT-un faiz gəlirləri 1,375 mln. manat (11,15% çox), faiz xərcləri 418 min manat (2,45% çox), qeyri-faiz gəlirləri 40 min manat (4,6 dəfə az), qeyri-faiz xərcləri isə 747 min manat (12,7% az) təşkil edib. Son nəticədə maliyyə qurumunun xalis əməliyyat 250 min manat olub. Bu isə illik müqayisədə 59,2% çoxdur.

2016-cı ildə “TCF” 2015-ci lə nisbətən 2,8 dəfə çox – 56 min manat mənfəət vergisi ödəyib və ötən ili 194 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 41,6% çoxdur. 

Xatırladaq ki, "TCF" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 300 səhm əsasında formalaşıb. Səhmlər 100% Hidayət Rəhimova məxsusdur. Təşkilat əsasən "Baku Electronics" MMC-nin məhsullarının kreditlə satışını maliyyələşdirir.

Son xəbərlər

Orphus sistemi