“TCF” BOKT-nin aktivləri 84% azalıb

“TCF” BOKT-nin aktivləri 84% azalıb “TCF” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 84,3% azalaraq 848 min manat təşkil edib.
Maliyyə
25 May , 2019 16:45
“TCF” BOKT-nin aktivləri 84% azalıb

“TCF” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 84,3% azalaraq 848 min manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “TCF”in müştərilərə verdiyi xalis kreditlər isə 85,6% azalaraq 762 min manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 84,75% azalaraq 791 min manat, cəmi kapitalı isə 74,55% azalaraq 57 min manat olub.

“TCF” 2018-ci ili 167 min manat zərərlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 49,55% azdır. 

Son xəbərlər

Orphus sistemi