“TBC Kredit” BOKT-nin aktivləri 13% azalıb

“TBC Kredit” BOKT-nin aktivləri 13% azalıb “TBC Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 12,55% azalaraq bu il yanvarın 1-nə 23,547 milyon manat təşkil edib.
Maliyyə
18 İyun , 2019 10:57
“TBC Kredit” BOKT-nin aktivləri 13% azalıb

“TBC Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 12,55% azalaraq bu il yanvarın 1-nə 23,547 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “TBC Kredit”in müştərilərə verdiyi xalis kreditlər isə 20,3% azalaraq 17,087 milyon manata düşüb.

Hesabat dövründə BOKT-nin cəmi öhdəlikləri 25,5% azalaraq 15,689 milyon manat, cəmi kapitalı isə 34% artaraq 7,858 milyon manat olub.

“TBC Kredit” 2018-ci ili 1,883 milyon manat mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 46,35% azdır. 

Son xəbərlər

Orphus sistemi