Yuxarı

Taksi sürücüləri həftəlik "plan"ı onlayn ödəyə bilər

ExpressPay ödəniş terminallarına daha bir ödəmə əlavə olunub

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın "Expressbank" ASC "ExpressPay" ödəniş terminallarına “Bakı Taksi” şirkəti üzrə ödəmələri əlavə edib. Artıq bu şirkətdə işləyən sürücülər, VÖEN nömrələrini daxil etməklə həftəlik plan ödənişlərini bu terminallar vasitəsi ilə ödəyə bilərlər.

"Report"un "Expressbank" ASC-yə istinadən verdiyi xəbərə görə, 2014-cü ilin may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, internet provayderləri və s. olacaq.

Hazırda ödəniş terminallarında banka aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), "EmbaFinans" ("Embawood" və "Madeyra" mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, "Nikoil Bank", "Bakcell" və "NarMobil" mobil operatorlar, işıq və su pulu, bəzi kabel televiziyası və internet provayderləri üzrə ödənişlər, stasionar telefon xidmətləri, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

"Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomatı, 5 000-dək POS-terminalı və 180-dək "ExpressPay" ödəniş terminalı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi