Tailandın 3 bankı kriptovalyuta dələduzluğunda ittiham edilir

Tailandın 3 bankı kriptovalyuta dələduzluğunda ittiham edilir Bakı. 16 avqust. REPORT.AZ/ Tailanda fəaliyyət göstərən 3 bank kriptovalyutalarla bağlı əməliyyatlarda dələduzluq hallarına yol verməkdə ittiham olunur.
Maliyyə
16 Avqust , 2018 10:24
Tailandın 3 bankı kriptovalyuta dələduzluğunda ittiham edilir

Bakı. 16 avqust. REPORT.AZ/ Tailanda fəaliyyət göstərən 3 bank kriptovalyutalarla bağlı əməliyyatlarda dələduzluq hallarına yol verməkdə ittiham olunur. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunlar "Siam Commercial Bank", "Bangkok Bank" və "Kasikornbank"dır. 

Onların işçilərinin əməlləri nəticəsində 24 mln. ABŞ dolları məbləğində ziyan vurulub. 

Dələduzluq sxemi Finlandiya sakini Aarni Otava Saarimanın şikayətindən sonra aşkar edilib. O bildirib ki, bir qrup Tailand vətəndaşına bitkoinlə pul köçürüb. Finlandiyalı hesab edib ki, kazino biznesini qurmaq istəyən iri şirkətə vəsait yatırır, amma bu günə qədər həmin puldan gəlir əldə etməyib. 

Son xəbərlər

Orphus sistemi