Yuxarı

Tacikistan valyutadəyişmə məntəqələrinin fəaliyyətini dayandırıb

Yeni qərarla valyuta mübadiləsi yalnız banklarda aparılacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ Tacikistan Milli Bankı ölkənin valyuta bazarında stabilləşmə məqsədi ilə sərt qərar qəbul edib. Həmin qərara əsasən, valyutadəyişmə məntəqlərinin fəaliyyəti dayandırılacaq, valyuta əməliyyatları, o cümlədən valyuta alış-satışı yalnız bankların xidmət mərkəzləri, filialları və kredit təşkilatlarının baş ofislərində mümkün olacaq.

"Report"un Tacikistan Milli Bankının yaydığı məlumata əsasən, bu qərar valyutadəyişmə məntəqələrində qeyri-qanuni əməliyyatların qarşısını almaq məqsədi daşıyır. Milli Bank açıqlayıb ki, valyuta bazarında aparılan araşdırmalar nəticəsində valyutadəyişmə məntəqələrində əməkdaşların vəziyyətdən istifadə edərək şişirdilmiş qiymətlə valyuta satışı həyata keçirdikləri məlum olub.

Noyabrın 27-də Tacikistan Milli Bankının əməkdaşları prokurorluq əməkdaşları ilə birlikdə müxtəlif bank və kredit təşkilatlarının valyutadəyişmə məntəqələrinin 6 işçisini həbs ediblər. Müəyyən edilib ki, onlar kassada açıqlanandan artıq yerli və xarici valyuta saxlayıblar və qeyri-qanuni valyuta alış-satışı ilə məşğul olublar.

Bununla əlaqədar olaraq, Milli Bank onların bağlanmasına qərar verib. Həmçinin xarici valyutada əməliyyatların həyata keçirilməsi ilə bağlı qərar verib ki, həmin qərar onun rəsmi yayımından sonra qüvvəyə minəcək.

Xatırladaq ki, bu günlərdə Milli Bankın sədrinin qərarı ilə 800-dən artıq valyutadəyişmə məntəqəsi bağlanıb və bunların bir qismi kommersiya banklarının birbaşa nəzarətinə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi