“Sumqayıt Kimya Sənaye Parkı” ötən il 17,9 mln. manat zərər edib

“Sumqayıt Kimya Sənaye Parkı” ötən il 17,9 mln. manat zərər edib Bakı. 28 aprel. REPORT.AZ/ “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin aktivləri illik 25% artaraq 2018-ci il yanvarın 1-nə 136 198 min manat təşkil edib.
Maliyyə
28 Aprel , 2018 10:16
“Sumqayıt Kimya Sənaye Parkı” ötən il 17,9 mln. manat zərər edib

Bakı. 28 aprel. REPORT.AZ/ “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin aktivləri illik 25% artaraq 2018-ci il yanvarın 1-nə 136 198 min manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə cəmiyyətin 2017-ci il üzrə audit hesabatında bildirilib. 

Sənədə əsasən, bu müddətdə “Sumqayıt Kimya Sənaye Parkı”nın cəmi öhdəlikləri də 3,5 dəfə artaraq 2 112 min manatdan 7 372 min manata yüksəlib. Cəmiyyətin səhmdar kapitalı dəyişməyərək 500 min manat səviyyəsində qalıb, cəmi kapitalı isə illik 20% artaraq 128 826 min manata çatıb.

Cəmiyyət 2017-ci ildə 17 881 min manat zərər edib ki, bu da əvvəlki illə müqayisədə 9% azdır.

Qeyd edək ki, audit “Baker Tilly Audit Azərbaycan” MMC tərəfindən həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi