Strateji Araşdırmalar Mərkəzinin kreditorlarına müraciət edilib

Strateji Araşdırmalar Mərkəzinin kreditorlarına müraciət edilib Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv olunduğunu elan edir.
Maliyyə
18 Fevral , 2019 17:21
Strateji Araşdırmalar Mərkəzinin kreditorlarına müraciət edilib

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv olunduğunu elan edir.

“Report” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Mərkəz kreditorlarına müraciət edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1005, Nəsimi rayonu , Mirzə İbrahimov küçəsi, 8 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 14-də imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir. 

Son xəbərlər

Orphus sistemi