Yuxarı

"Standard & Poor's" Qətərin reytinqini aşağı salıb

Agentlik ölkənin iqtisadi inkişafına təzyiqlərin ola biləcəyini proqnozlaşdırır

Bakı. 8 iyun. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi Qətərin kredit reytinqini "AA" səviyyəsindən "AA-" səviyyəsinə, reytinq üzrə proqnozu isə "Stabil"dən "Neqativ"ə endirib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna səbəb kimi Qətərin bir sıra ölkələrlə diplomatik əlaqələrini kəsməsi və bunun nəticəsində ölkədəki iqtisadi artımın, maliyyə göstəricilərinin təzyiqlərlə üzləşməsi ehtimalı göstərilir. 

"Standard & Poor's" bəyan edib ki, Qətərdə daxili siyasi risklər və yaxud dövlət borcu artarsa ölkənin reytinqi bir qədər də azaldıla bilər. 

Xatırladaq ki, mayın 27-də digər beynəlxalq reytinq agentliyi - "Moody's" də Qətərin reytinqini "Aa2" səviyyəsindən "Aa3" səviyyəsinə endirib. Agentlik buna səbəb kimi, Qətərin dövlət borcunun ümumi daxili məhsula nisbətinin 150%-ə çatmasını göstərib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi