Yuxarı

​"Standard&Poor's" agentliyi Yaponiyanın kredit reytinqini azaldıb

Reytinqin azaldılması hökumətin planlarına yaranan şübhələrlə bağlıdır

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Standard&Poor's" beynəlxalq reytinq agentliyi (S&P) Yaponiyanın kredit reytinqini "AA-" səviyyəsindən "A+"ə endirib, proqnozu isə "stabil"də saxlayıb.

"Report"un Agentliyə istinadən verdiyi xəbərə görə, Yaponiyanın kredit reytinqi və proqnozunun azaldılmasına səbəb hökumətin yaxın 2-3 ildə iqtisadiyyatın canlandırılması və deflyasiyanı aradan qaldırılmasında uğur əldə etməsinə yaranan şübhələr olub.

"S&P"nin analitikləri hesab edirlər ki, Yaponiyanın 54 trln. yen (450 mlrd. dollar) həcmində olan daxili borcu hökumətin ölkədə kreditləşməni artırmasına çətinlik yaradacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi