“Standard Lizinq”in aktivləri 4% azalıb

“Standard Lizinq”in aktivləri 4% azalıb “Standard Lizinq” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 4,2% azalaraq bu il yanvarın 1-nə 24,918 mln. manat təşkil edib.
Maliyyə
4 May , 2019 15:00
“Standard Lizinq”in aktivləri 4% azalıb

“Standard Lizinq” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 4,2% azalaraq bu il yanvarın 1-nə 24,918 mln. manat təşkil edib.

“Report” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə “Standard Lizinq”in cəmi öhdəlikləri 10,9% azalaraq 14,61 mln. manat, cəmi kapitalı isə 7,3% artaraq 9,609 mln. manat olub.

“Standard Lizinq” 2018-ci ili 1,56 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 2,05 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi