“Standard Leasing”in zərəri 77% azalıb

“Standard Leasing”in zərəri 77% azalıb Bakı. 11 avqust. REPORT.AZ/ “Standard Leasing” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 26,892 mln. manat təşkil edib.“Report” şirkətin maliyyə h...
Maliyyə
11 Avqust , 2017 09:31
“Standard Leasing”in zərəri 77% azalıb

Bakı. 11 avqust. REPORT.AZ/ “Standard Leasing” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 26,892 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,6% çoxdur.

“Standard Leasing”in aktivlərinin 55,8%-ni və yaxud 15,007 mln. manatını investisiya mülkiyyəti təşkil edib. 2016-cı ildə bu rəqəm 2,65% böyüyüb.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 8,8% artaraq 17,413 mln. manat, o cümlədən müddətli borc öhdəlikləri 12,6% artaraq 14,094 mln. manat, cəmi kapitalı isə 11,7% azalaraq 9,479 mln. manat olub.

“Standard Leasing” 2016-cı ili 1,303 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 77,25% azdır.

Xatırladaq ki, "Standard Leasing" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,015 mln. manatdır. Şirkətin təsisçiləri 99,998%-lik payla "AB Standard" QSC-yə daxil olan "Standard Kapital" MMC (qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurub) və 0,002%-lik payla adı çəkilən holdinqdir. Bu şirkətlər qrupunun səhmləri 100% sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi