“Standard Insurance”in yığımları 6% artıb

“Standard Insurance”in yığımları 6% artıb Hesabat dövründə şirkətin ödənişləri isə azalıb
Maliyyə
14 Dekabr , 2016 14:02
“Standard Insurance”in yığımları 6% artıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında “Standard Insurance” Sığorta Şirkəti ASC-nin yığımları 19 581 373 manat təşkil edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,65% çoxdur.

Hesabat dövründə “Standard Insurance”in ödənişləri isə azalıb. Belə ki, şirkət 11 ay ərzində 5 834 461 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 18,33% azdır.

2016-cı ilin yanvar-noyabr aylarında “Standard Insurance” topladığı hər 100 manat sığortya haqqının 29,8 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-noyabr aylarında 38,54% olub.

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 11 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi