“Standard Insurance”in yığımları 3% artıb

“Standard Insurance”in yığımları 3% artıb Hesabat dövründə sığorta şirkətinin ödənişləri də artıb
Maliyyə
12 Yanvar , 2017 17:06
“Standard Insurance”in yığımları 3% artıb

Bakı. 12 yanvar. REPORT.AZ/ “Standard Insurance” Sığorta Şirkəti ASC-nin yığımları 2016-cı ildə 20 312 214 manat təşkil edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 2,96% çoxdur.

Hesabat dövründə “Standard Insurance”in ödənişləri də artıb. Belə ki, şirkət il ərzində 8 751 386 manat ödəniş edib və bu, illik müqayisədə 11,81% çoxdur.

Ötən il “Standard Insurance” topladığı hər 100 manat sığorta haqqının 43,08 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 39,67% olub.

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 11 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi