Yuxarı
    Bağlamaq

    “Standard Insurance”in iki rəhbər şəxsi işdən çıxıb

    İdarə Heyətinin sədr müavini Rəfail Çəndirli və Maliyyə Departamentinin direktoru Faiq Quliyev şirkəti tərk edib

    Bakı. 23 iyun. REPORT.AZ/ “Standard Insurance” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədr müavini Rəfail Çəndirli və Maliyyə Departamentinin direktoru Faiq Quliyev işdən çıxıb.

    Bu barədə “Report” şirkətə istinadən xəbər verir.

    Onların yerinə hələlik təyinat olmayıb.

    Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% "AB Standard" QSC-yə məxsusdur. 

    "Standard Insurance" 2016-cı ili 6 mln. manata yaxın xalis zərərlə başa vurub və hazırda maliyyə çətinlikləri yaşayır. Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının xüsusi nəzarəti altındadır və Palata ona kapitalını artırmaq üçün bu ayına sonuna qədər vaxt verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi