"Standard Chartered Bank": Qızıl bahalaşmaqda davam edəcək

"Standard Chartered Bank": Qızıl bahalaşmaqda davam edəcək Bu ilin sonuna dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1 510 dollar, gələn ilin sonunda isə 1 570 dollar olacaq.
Maliyyə
15 Oktyabr , 2019 11:50
Standard Chartered Bank: Qızıl bahalaşmaqda davam edəcək

"Bu ilin sonuna dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1 510 dollar, gələn ilin sonunda isə 1 570 dollar olacaq". 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, proqnozla Böyük Britaniyanın "Standard Chartered Bank"ı çıxış edib. 

Bankın qiymətli metal bazarı üzrə mütəxəssisləri hesab edir ki, qızılın bahalaşmasına növbəti dəstək pərakəndə investorlardan gələcək. 

Xatırladaq ki, iqtisadi qeyri-müəyyənlik, ABŞ və Çin arasında davam edən ticarət müharibəsi bu ilin əvvəlindən əmtəə birjalarında qızılın qiymətini 16% artırıb. 

Son xəbərlər

Orphus sistemi