Yuxarı
    Bağlamaq

    ​Son on ildə Rusiyada 463 bank bağlanıb

    Bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında bildirilir

    Bakı. 20 iyul. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (RMB) 2006-2015-ci illərdə 463 kredit təşkilatına bank fəaliyyəti göstərmək üçün verdiyi lisenziyanı ləğv edib.

    "Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

    Məlumata görə, bankların bağlanması xüsusilə 2014-2015-ci illərdə daha geniş vüsət alıb. Bu illərdə müvafiq olaraq 86 və 93 lisenziya ləğv edilib. Halbuki RMB 2013-cü ildə 32, 2011-ci ildə isə cəmi 18 bankı bazardan kənarlaşdırıb.

    Bankların lisenziyalarının ləğv edilməsinə səbəb kimi onların çirkli pulların yuyulmasında iştirak etmələrii, ölkə xaricinə qeyri-qanuni pul köçürmələri həyata keçirmələri, eləcə də məcmu kapitalla bağlı tələblərə cavab verməmələri (maliyyə vəziyyətlərinin yaxşı olmamaları) göstərilir.

    RMB bəyan edib ki, 2015-ci ildə lisenziyası ləğv edilmiş banklardan 62-nin rəhbərliyi və sahiblərinin fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Bunlardan isə 40-na cinayət işi açılıb.

    Bu il yanvarın 1-nə Rusiyada ləğvetmə prosesində olan bankların sayı 265 olub. Bunlardan 213-ü müflis elan edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi