"Societe Generale": Türkiyədə dolların məzənnəsi artacaq

"Societe Generale": Türkiyədə dolların məzənnəsi artacaq Feniks Kalen: "İnkişaf etməkdə olan ölkələrin vəziyyətinin çətin olacağını düşünürük"
Maliyyə
10 Yanvar , 2018 17:37
Societe Generale: Türkiyədə dolların məzənnəsi artacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsinin 2018-ci ilin ilk rübünün sonunda 4 lirə, ilin sonunda isə 4,15 lirə olacağı proqnozlaşdırılır.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnozla Fransanın nüfuzlu "Societe Generale" bankının inkişaf etməkdə olan bazarlar üzrə strategiya mütəxəssisi Feniks Kalen (Phoenix Kalen) çıxış edib.

Kalen bildirib ki, FED və digər mərkəzi bankların sərt monetar siyasətə keçidi ilə bağlı gözləntilər artıb: "Bu səbəbdən inkişaf etməkdə olan ölkələrin vəziyyətinin çətin olacağını düşünürük. Lakin qlobal iqtisadi konyunkturun müsbət olması, həssaslığı xeyli dərəcədə azaldır".

Son xəbərlər

Orphus sistemi