​SOCAR-ın büdcə ödənişləri artıb

​SOCAR-ın büdcə ödənişləri artıb Ödənişlər ötən ilin aprel ayı müqayisədə çoxdur
Maliyyə
13 May , 2015 17:09
​SOCAR-ın büdcə ödənişləri artıb

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən cari ilin aprel ayında dövlət büdcəsinə 132 milyon 503 min manat vəsait ödənilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilir. Məlumata əsasən, bu göstərici ötən ilin aprel ayı müqayisədə 4 milyon 87 min manat və ya 3,18 faiz çoxdur. 

Ümumiyyətlə, 2015-ci ilin yanvar-aprel aylarında büdcəyə 472 milyon 946 min manat vəsait ödənilib.

Bundan əlavə, SOCAR cari ilin aprel ayında Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 908 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2015-ci ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 46 milyon 594 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi