Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin oktyabr ayında dövlət büdcəsinə 151,691 mln. manat həcmində vəsait ödəyib. Bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 9,1% çoxdur.
"Report" SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə, cari ilin yanvar-oktyabr aylarında Şirkət dövlət büdcəsinə 1 564,548 mln. manat vəsait ödəyib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,2% çoxdur.
Bundan əlavə, bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,369 mln. manat köçürüb. Bu, keçən ilin oktyabr ayı ilə müqayisədə 18,9% azdır. Ümumiyyətlə, 2014-cü ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən DSMF-yə aparılan ödəniş son bir ildə 1% azalaraq 118,916 mln. manata düşüb.