“Silkway Insurance”in yığımları 17% azalıb

“Silkway Insurance”in yığımları 17% azalıb Bakı. 14 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Silkway Insurance” ASC-nin yığımları 7 161 846 manat təşkil edib. Şirkətdən “Report”a verilən mə...
Maliyyə
14 Fevral , 2017 12:11
“Silkway Insurance”in yığımları 17% azalıb

Bakı. 14 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Silkway Insurance” ASC-nin yığımları 7 161 846 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% azdır.

Hesabat dövründə “Silkway Insurance”in ödənişləri isə artıb. Belə ki, Şirkət ay ərzində cəmi 2 372 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 12,84% çoxdur.

2017-cı ilin yanvar ayında “Silkway Insurance” topladığı hər 100 manat sığorta haqqının 0,03 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar ayında 0,02% olub.

Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi