Yuxarı
    Bağlamaq

    “Silkway Bank”ın səhmdarları dəyişib

    Bankın əsas səhmdarı Zərifə Həmzəyevadır

    Bakı. 1 iyun. REPORT.AZ/ “Silkway Bank” ASC-nin səhmdarlarında dəyişiklik olub.

    Bu barədə “Report” bankın audit hesabatına istinadən xəbər verir.

    Məlumata görə, indiyə qədər “Silkway Bank”ın səhmlərinə nəzarət edən 3 fiziki şəxs ötən il bir hüquqi, 2 fiziki şəxslə əvəz edilib. Bunlardan biri yenə də Zərifə Həmzəyevadır. O, Bankın səhmlərinin 69,7%-nə nəzarət edir.

    Digər səhmdarlar “Silkway Bank"ın daxil olduğu “Silkway Holding” MMC-nin tərkibindəki “VİP Aviasiya Xidmətləri” MMC (30%) və Bankın İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədovdur (0,3%).

    Xatırladaq ki, "Silkway Bank" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Onun nizamnamə kapitalı 101,545 mln. manatdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi